“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi
Abunəçilərə yüksəkkeyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədilə aparılan təkmilləşdirmə işləri çərçivəsində “Nar” Bakı metropoliteninin stansiyalarında 4G (LTE) xidmətini təqdim edib. LTE-Advanced xidmətinin təqdimatı, bölgələrdə 4G şəbəkəsinin təmin edilməsi və şəbəkənin daha da yaxşılaşdırılması istiqamətində atılmış digər addımlardan sonra metro stansiyalarının platformalarında da LTE şəbəkəsindən istifadənin mümkünlüyü “Nar” abunəçilərinin ürəyincə olub.
Qeyd edək ki, “Nar” 4G şəbəkəsi Bakı metropoliteninin fəaliyyətdə olan bütün stansiyalarının platformalarında (“Sahil” istisna olmaqla) təmin edilib. Artıq “Nar” abunəçiləri metro stansiyalarında saniyədə 225 Mbps-dək olan mobil internet sürətinin üstünlüklərindən faydalanmaq imkanı qazanacaqlar. “Nar” öz şəbəkəsinin genişləndirilməsi, ən yeni və innovativ texnologiyaların tətbiqi, xidmət və məhsulların təqdimatı istiqamətindəki genişmiqyaslı işləri davam etdirəcəkdir.
“Nar” LTE şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
-
“YAŞAT” Fondu və “Nar” Uşaqların Beynəlxalq Müdafiəsi günündə şəhid övladlarını təbrik edib - FOTO
...
-
“Yelo Bank” yeni “Visa Infinite” kartını təqdim edir!
...
-
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
...
-
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
...
-
“Azərişıq” “General Group Co.” ilə birgə layihə həyata keçirdi - Fotolar
...
-
Bakıda unikal piyada körpüsü inşa edilir - Video
...
-
Unun qiyməti qalxdı
...
-
“Azərişıq” Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir - Video
...
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...