“Azərbaycanın daxilində potensial risklər mövcud deyil” - Prezident
“Bütövlükdə il ölkəmiz üçün uğurlu olub. Azərbaycan uğurla inkişaf edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə, qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik”.
Bunu prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.
Prezident vurğulayıb ki, bu il Azərbaycan üçün ikitərəfli formatda fəal keçib:
Daxili-siyasi proseslər nöqteyi-nəzərindən ölkə uğurla inkişaf edib. Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə isə biz onlardan özümüzü qoruya bilirik. Əlbəttə ki, həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət vermişik”.
Azərbaycanın investisiya reytinqinin yüksək olduğundan danışan İlham Əliyev qeyd edib ki, bu il biz 10 milyard dollar investisiya cəlb etmişik:
“Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər çox olub. Əhalinin gəlirləri 9 faizdən çox artıb.
Biz valyuta ehtiyatlarımızı artırmışıq, ümumi daxili məhsulun 20 faizi qədər olan xarici borcu məqbul səviyyədə saxlamışıq. Yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində saxlanılması üçün strategiya hazırlanıb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan demək olar ki, 5 dəfə artıqdır. Yəni, əgər istəsək, bütün borclarımızı azı bir il ərzində ödəyə bilərik. Yəni, makroiqtisadi vəziyyət sabitdir”.
-
Prezident icra başçısını işdən çıxardı
...
-
Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
...
-
İlham Əliyevlə birinci xanım Xocalıya köçən sakinlərlə görüşdü
...
-
Prezident Ağdamda dörd kəndin təməlini qoydu
...
-
Prezidentlə xanımının “Crescent Mall”un açılışından - Fotoları
...
-
Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - Fotolar
...
-
Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video
...
-
Milli Məclis İlham Əliyev və xanımını təbrik edib
...
-
İlham Əliyev “Euronews”a müsahibə verib - Fotolar
...
-
Əliyevin Rəhmonla təkbətək görüşü başladı
...