Teymur Abdullayevə yeni vəzifə verildi
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb.
Bununla bağlı bu gün əmr imzalanıb. Onun yerinə isə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş əməkdaşı Teymur Abdullayev təyin edilib.
Y.Babanlı saytımıza açıqlamasında məlumatı təkzib etməyib:
“Mən həftənin birinci günü işdə olacağam, həmin gün danışarıq, bütün suallarınıza onda cavab verəcəyəm”.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti ilə dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb. Ləğv edilən ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yahya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə “Azərenerji” ASC-dən ayrılıb.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi isə Teymur Abdullayev təyin olunub.
Qeyd edək ki, Teymur Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə “Azərişıq” ASC-nin “ASAN Xidmətlə” iş şöbəsinin rəis müavini vəzifəsində çalışırdı.
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...