“Neftçi”nin idman direktorunun mənzili qarət olundu
“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov xoşagəlməz hadisə ilə üzləşib. Onun Yasamal rayonunda yerləşən mənzilinə oğru daxil olub.
Qarətçilər Sultanovun ailəsi ilə birgə bayram günlərində ölkə xaricində olmasından istifadə edərək mənzilə giriblər. Oğrular evə binanın damından alpinist iplərinin köməyi ilə daxil olublar. Qarətçilər 21-ci mərtəbədən sallanaraq əvvəlcə 19-cu mərtəbədəki mənzilə, ardınca isə klub rəsmisinin 11-ci mərtəbədəki evinə daxil olublar.
Oğrular Ceyhun Sultanovun evindən pul, qızıl, zinət əşyaları və s. oğurlayıblar.
Hüquq-mühafizə orqanları hazırda hadisə ilə bağlı araşdırma aparır.
-
AFFA Barış Şimşəklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
...
-
Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq
...
-
Dünya Qadın Seriyası: Millimiz mübarizəni dayandırdı
...
-
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı - Fotolar
...
-
Çempion şahmatçılar “Sirab”ı seçdi - FOTO
...
-
Dünya Qadın Seriyası: Azərbaycan 1/4 finalda
...
-
"Qarabağ" Azərbaycan Kubokunun qalibi olub
...
-
Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilir
...
-
“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu
...
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...