Şeyxülislam Kadırovla görüşdü - Fotolar
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərində səfərdə olub.
A.Paşazadə Qroznıda “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edib.
QMİ sədri tədbirdə çıxışı zamanı bildirib ki, dini liderlərin əsas vəzifəsi xalqlarımızın xoşbəxtliyi və rifahı naminə, qardaşlıq əlaqələrini və müqəddəs dinimiz İslamı gücləndirməkdir:
“Bütün dünyada demokratiya, insan hüquqları və azadlıqlarının carçısı olduğunu iddia edən ölkələrdə irqi və dini dözümsüzlük, məcburi köç və demoqrafik fəlakətlərin səbəb olduğu hiddətli hərəkətlər var, fərdi qüvvələr bütün insanlığın sülh və sabitliyinə təhlükə yaradır. Yeni Zelandiyanın məscidlərində müsəlmanlara qarşı aşkar terror hücumunun terrorist hərəkət kimi tanınmaması da islamafobiyanın göstəricisidir”.
Sonra konfrans iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət çərçivəsində A.Paşazadə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşüb. QMİ sədrini çeçen torpağında hər zaman görməkdən məmnun olduğunu bildirən KadırovAzərbaycan xalqına və dövlətimizin başçısına qardaş salamlarını çatdırmağı A.Paşazadədən xahiş edib.
Şeyxülislam daha sonra Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz müftiləri və Beynəlxalq İslam Liqasının Baş katibi Məhəmməd bin Əbdül Kərim əl-İsa ilə də görüşüb.
-
İlham Əliyev “Euronews”a müsahibə verib - Fotolar
...
-
Əliyevin Rəhmonla təkbətək görüşü başladı
...
-
Emoməli Rəhmon Heydər Əliyevin məzarını ziyarət etdi
...
-
PA-da yeni təyinat - Sərəncam
...
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...
-
“Faciədən əvvəl biz 2 saatdan çox birlikdə idik” - Prezident
...
-
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
...
-
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
...
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...