Elçin Quliyev sərhəddə yerləşən döyüş məntəqələrini yoxladı
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-dən verilən məlumata görə, dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, sərhəd döyüş məntəqələrində yeni xidməti binaların inşa edilməsi, yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib, bu fəaliyyətin gücləndirilməsi üzrə göstərişlər verilib.
Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hüseyn Şahverdiyevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıqlarına görə minnətdarlıq bildirilmiş, çay süfrəsi arxasında söhbət aparılıb.
-
Prezidentin bugünkü tədbirdən - Fotoları
...
-
Prezident sərgilərin açılışında çıxış edib
...
-
Prezident qəbul keçirdi
...
-
Prezident icra başçısını işdən çıxardı
...
-
Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
...
-
İlham Əliyevlə birinci xanım Xocalıya köçən sakinlərlə görüşdü
...
-
Prezident Ağdamda dörd kəndin təməlini qoydu
...
-
Prezidentlə xanımının “Crescent Mall”un açılışından - Fotoları
...
-
Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - Fotolar
...
-
Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video
...