Qədim Basqal yeni həyata qovuşur
Qədim şəhərsalma və məişət mədəniyyəti, milli memarlıq üslubu və xalq sənətkarlığı (ipəkçilik) ilə seçilən İsmayıllının Basqal qəsəbəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Basqal Tarix Mədəniyyət qoruğu barədə verdiyi sərəncamdan sonra yeni həyata qovuşur. Artıq burada məktəbin və turizm istirahət mərkəzinin tikintisinə başlanıb. Basqalın tarixi hissəsi – xüsusilə bazar meydanı yenidən qurulacaq. Azərbaycan Dövlət Turizm Agentliyinin hazırladığı Basqal Tarix – Mədəniyyət qoruğunun inkişaf konsepsiyası həyata keçdikdən sonra yeni bir mənzərə yaranacaq. Basqal regionda turizm mərkəzinə çevriləcək.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Basqalda vətəndaşları qəbul edərkən sakinlərin əhval-ruhiyyəsində bu yeniliklər tamamilə öz əksini tapmışdı.
RİH-nin başçısına ilk müraciət edən Şakərəm Ağayev olub. Zəlzələdən ziyan çəkmiş – sıradan çıxmış evinin əvəzinə yenisinin tikilməsinə qərar verildiyi üçün ölkə rəhbərinə minnətdarlıq edib. İkinci sakin də gənc oğlu işlə təmin olunduğu üçün təşəkkürünü bildirib.
Təzə məktəb tikiləndən sonra köhnəsinin sökülməsi, yenidən qurulacaq bazar meydanından kitabxananın uyğun binaya köçürülməsinə yardımçı olmaq, yaradıcılıq evinin cari təmiri və təchizatına köməklik göstərmək, bir neçə evə yenidən baxış keçirmək və sair məsələlər xahiş edilib. Aygün Əliyeva gözlərinin müalicəsinə, Gözəl Cavadova evinin başa gətirilməsinə, Heydər Cəbrayılov oğlunun işlə təmin olunmasına köməklik göstərilməsi istəyində olduqlarını bildiriblər.
Tam səmimiyyət, qarşılıqlı hörmət və ehtiram şəraitində keçən qəbul hər iki tərəfdə razılıq yaradıb. Qaldırılan məsələlər RİH-nin başçısı Mirdaməd Sadıqov tərəfindən qanuni icra istiqamətlərinə yönəldilib.
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...