Bir sıra rayonların polis şöbəsində kadr dəyişikliyi edildi
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov bir sıra kadr dəyişikliyi edib.
Nazirin əmri ilə Gəncənin Nizami rayon Polis İdarəsinin sabiq rəisi, polis polkovniki Ədalət Sadıqov Şəmkir rayon Polis şöbəsinin Kür qəsəbə bölməsinin rəisi təyin edilib. Ə. Sadıqov Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə 2011-ci ilin noyabrında təyin olunub. Bu ilin mart ayında sabiq nazir Ramil Usubovun əmri ilə vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Digər əmrə əsasən, Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.
Samux RPŞ-nin rəisi Akif Nəbiyev və Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov bir müddət əvvəl Daxili İşlər nazirinin müvafiq əmrləri ilə vəzifələrindən azad edilərək sərəncama götürülüblər.
-
Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü
...
-
Prezident icra başçısını vəzifədən azad etdi
...
-
Prezident DTX-nin fəaliyyəti ilə bağlı Fərmanda dəyişiklik etdi
...
-
Prezidentin bugünkü tədbirdən - Fotoları
...
-
Prezident sərgilərin açılışında çıxış edib
...
-
Prezident qəbul keçirdi
...
-
Prezident icra başçısını işdən çıxardı
...
-
Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
...
-
İlham Əliyevlə birinci xanım Xocalıya köçən sakinlərlə görüşdü
...
-
Prezident Ağdamda dörd kəndin təməlini qoydu
...