Hacı Əliyev: "Son gücümə qədər çempionluq üçün güləşəcəyəm"
"Dünya çempionatı üçün son hazırlıqlar keçirilir. Demək olar ki, bu həftə burada məşqimiz yekunlaşır. Hədəfimiz bu mundialda da yaxşı çıxış etmək və nəticə qazanmaqdır".
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatı barədə danışarkən deyib.
65 kq çəki dərəcəsində mübarizə aparan idmançı hazırkı yarışın Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verdiyi üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Üçqat dünya çempionu deyib ki, mundialda lisenziya əldə etsələr, "Tokio-2020"yə hazırlaşmaq rahat olacaq: "Çempionata çox yaxşı hazırlaşmışıq və bir neçə dəfə təlim-məşq toplanışları keçmişik. Komanda tam olaraq hazırdır, yaxşı nəticə qazanacağımıza inanıram".
Əliyev 65 kq-ın dünya çempionatında ən çətin çəki dərəcəsi olduğunu sözlərinə əlavə edib: "Bu çəkidə güclü rəqiblər çoxdur. Bunlara misal olaraq ötən il qalib olan yaponiyalı Takuto Otoquronu göstərmək olar. Mən də yarışa yetəri qədər hazırlaşmışam. Özümü hazır hiss edirəm. Ciddi və böyük zədəm yoxdur. Ən əsası odur ki, yarışa qədər zədə olmasın və yaxşı çıxış edim".
Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa Oyunlarında qalib olan təcrübəli güləşçi həmin yarışdan sonra hazırlıqlarını daha da gücləndirdiyini söyləyib: "Məşqləri çoxaltdıq. Düşünürəm ki, Avropa Oyunlarına nisbətən daha da yaxşı formadayam. Belarusdakı çıxışımdan daha da yaxşısını göstərmək niyyətindəyəm. Mən hər yarışa çempion olmaq üçün gedirəm. Lisenziya almaq üçün qalib gəlmək lazımdır. Bu mundialda mənim üçün lisenziya daha önəmlidir. Üçüncü və ya beşinci yeri də tuta bilərəm. Bu idmandır. Əsas hədəfim odur ki, dünya çempionatında lisenziyanı əldə edim. Son gücümə qədər çempionluq üçün güləşəcəyəm".
Qeyd edək ki, çempionat sentyabrın 14-dən 22-dək keçiriləcək.
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...