Qurbanov “Qarabağ”dan ayrıla bilər - Məşhur klubdan təklif gəldi
Xəbər verdiyimiz kimi, Moskvanın "Spartak" klubu baş məşqçisi Oleq Kononvu istefaya göndərib.
Məlumata görə, paytaxt klubu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova da maraq göstərir.
Məlumata görə, "Spartak"ın nümayəndələri Qurban Qurbanovla təmas da qurublar. Onlar təcrübəli mütəxəssisin məsələyə münasibətini öyrənmək istəyiblər. Məlumatda bildirilir ki, "Spartak" rəhbərliyi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynamasını nəzərə alaraq, Qurbanovla qışda və ya mövsümün sonunda da anlaşma əldə etməyə razıdır.
"Spartak" rəhbərliyində təmsil olunan bir neçə şəxs Qurbanovun oyun fəlsəfəsini bəyənir və bunun "Spartak"a uyğun olduğunu düşünür. Üstəlik, həmin şəxslər Qurbanovun futbolçu kimi Rusiya çempionatında çıxış etməsini də əsas gətirərək, onun ölkə futboluna yad sima olmadığını qabardırlar.
Məlumatda bildirilir ki, Qurbanov razılıq verəcəyi təqdirdə, "Spartak"ı qış fasiləsinə, ya da mövsümün sonuna qədər müvəqqəti baş məşqçi çalışdıra bilər. Qurbanovun bu təklifə münasibəti barədə isə məlumat verilmir.(Sportinfo.az)
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümünün gündəliyi müzakirə olunub
...
-
Millimiz 1/4 finalda!
...
-
İkinci liqaya vəsiqə qazanan komanda müəyyənləşdi
...
-
“Neftçi”dən ayrıldı, Basketbol Federasiyasında vitse-prezident oldu
...
-
Millimiz qrup lideri oldu
...
-
AFFA Barış Şimşəklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
...
-
Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq
...
-
Dünya Qadın Seriyası: Millimiz mübarizəni dayandırdı
...
-
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı - Fotolar
...
-
Çempion şahmatçılar “Sirab”ı seçdi - FOTO
...