Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir - Fotolar
Ölkənin rəqəmsal həllər təqdim edən lider operatoru “Azercell Telekom” MMC həm də Korporativ Sosial Məsuliyyət proqramlarının daimi təşəbbüskarı və iştirakçısı kimi tanınır. “Mobil Diş Klinikası” şirkətin sosial əhəmiyyət daşıyan layihələrindən biridir.
Şirkətin mətbuat xidmətindən daxil olan məlumatına görə, fəaliyyəti boyunca 4 mindən çox insana yardım etmiş klinika oktyabr ayında Qaradağ rayonu, Sahil qəsəbəsinə səfər edib. Bir ay davam edən müayinə və müalicə tədbirlərindən aztəminatlı və məcburi köçkün ailələrindən olan uşaqlar, habelə sağlamlıq imkanları məhdud körpələr yararlanıb. Ümumilikdə 118 uşağa tibbi yardım göstərilib.
Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları və qaçqın düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir.
Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...