Elxan Məmmədov: "Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər"
"AVRO-2020-nin Bakıda keçirilməsi ilə bağlı işlərə başlanılıb. Hazırda təşkilat mərhələsindəyik. 2020 könüllü qeydiyyata alınıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ili "Könüllülər ili" elan edib. Bu, könüllülər üçün böyük hədiyyə və motivasiya oldu. Azərbaycanda könüllülər hərəkatı neçə ildir ki, inkişaf edir. Hər il könüllülərin sayı artır. Gənclərimiz sosial layihələrdə iştirak edirlər. Könüllülər Avropa çempionatına hazırlaşmağa başlayıblar. Biz də hazırlığa belə bir əyləncəli tədbirlə başladıq". Bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov AVRO-2020 Bakı Könüllülük Proqramının açılış tədbirində jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi AVRO-2020 ilə bağlı dövlət qurumları ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb: "Avropa Liqasının finalında böyük təcrübə qazandıq. Bu təcrübəni tətbiq edəcəyik. Bu tədbirlərdə və yarışlarda könüllülərin dəstəyi böyükdür. Bu, bizim üçün çox önəmlidir. Gənclərimiz Azərbaycanda keçirilən idman tədbirlərində daim bizim yanımızdadırlar. Ona görə də futbol ailəsinin adından könüllülərə təşəkkürümüzü bildiririk".
E.Məmmədov Çempionlar Liqası finalının Azərbaycanda keçirilməsinə münasibət bildirib: "Gələcəkdə Çempionlar Liqasının finalı Bakıda ola bilər. Artıq son illərdir ki, Bakı idman şəhərinə çevrilib. Paytaxtda dünya və Avropa çempionatları da təşkil olunur. Futbol da ən böyük idman növüdür. Avropa Liqasının finalını uğurlu keçirdik. Ümid edirəm ki, Avropa çempionatındakı 4 matçı da uğurla təşkil edəcəyik. Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?”
-
AFFA Barış Şimşəklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
...
-
Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq
...
-
Dünya Qadın Seriyası: Millimiz mübarizəni dayandırdı
...
-
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı - Fotolar
...
-
Çempion şahmatçılar “Sirab”ı seçdi - FOTO
...
-
Dünya Qadın Seriyası: Azərbaycan 1/4 finalda
...
-
"Qarabağ" Azərbaycan Kubokunun qalibi olub
...
-
Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilir
...
-
“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu
...
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...