Azərbaycan millisinin Malta toplanışı ləğv edildi
Azərbaycan milli komandasının martın 23-dən 31-dək Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları ləğv olunub.
Bu barədə AFFA-nın saytı məlumat yayıb. Bildirilib ki, son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınması məqsədilə bu qərar verilib.
-
Millimiz qrup lideri oldu
...
-
AFFA Barış Şimşəklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
...
-
Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq
...
-
Dünya Qadın Seriyası: Millimiz mübarizəni dayandırdı
...
-
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı - Fotolar
...
-
Çempion şahmatçılar “Sirab”ı seçdi - FOTO
...
-
Dünya Qadın Seriyası: Azərbaycan 1/4 finalda
...
-
"Qarabağ" Azərbaycan Kubokunun qalibi olub
...
-
Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilir
...
-
“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu
...