Qaradağda maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir - Foto
Qaradağ rayonunda bir neçə gündür aparılan təbliğat işlərinin nəticəsi olaraq vətəndaşlar xüsusi karantin rejiminə tabe olurlar. Buna baxmayaraq qəsəbələrdə çalışan mobil qrup üzvləri evdən çıxan vətəndaşlara bir daha xüsusi karantin haqqında məlumatlar verirlər. Sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatlar hazırlanmış və rayonun bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asılıb.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş könüllülərdən ibarət qruplar qəsəbələrdə yaşı 65-dən çox olan və tənha yaşayan sakinləri evlərində ziyarət edir, onlara ərzaq və dərman yardımı ilə köməklik edirlər.
Qeyd edək ki, dezinfeksiya işləri də gündəlik olaraq rayonunun bütün qəsəbələri olmaqla, Lökbatan, Sahil, Çeyildağ, Ümid və Ələt qəsəbələrinin ərazisində də davam etdirilir. Rayonun qəsəbələrində dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilib, bildirilib ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.
Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılıb. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub.
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...