Dünənki yanğında balkondan yıxılıb ölən müəllim imiş
Ötən gün Xətai ərazisində baş verən yanğında Azərbaycan Dillər Universitetinin müəllimi vəfat edib.
Bu barədə News24.az-a ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, tərcümə fakültəsinin xarici dillər kafedrasının müəllimi Leyla Manafova dünən evində baş vermiş yanğın zamanı həyatını itirib: “Bildirilir ki, Xətai rayonunda baş verən yanğın elə onların evindən başlayıb. Müəllimə yanğın vaxtı eyvana çıxıb, ayağı sürüşərək ikinci mərtəbədən yıxılıb. Bu barədə əlavə məlumatım yoxdur. Sadəcə bildirilir ki, həyat yoldaşı xilasedicilər tərəfindən xilas edilib".
Mətbuat katibi koronavirusla əlaqədar yas mərasimində iştirak edə bilmədiklərini də vurğulayıb: “Elə bir vəziyyətdir ki, hüzr yerində iştirak da edə bilmirik. İş yoldaşlarının iştirakına icazə verilmir. Universitetimizin rəhbərliyi, kollektivi adından başsağlığı veririk. Allah rəhmət eləsin. Allah yaxınlarına səbr versin”.
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...