“Neftçi” növbəti transferini təqdim etdi - Video
"Neftçi” növbəti transferini rəsmiləşdirib.
Braziliyalı futbolçu Tallison Diaz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində 91 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb.
Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, "Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandaya qayıdıb.
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...