Azərbaycanda sərt karantin rejiminə yenidən qayıdıla bilər - Deputat
Sentyabrın 9-da yoluxanların sayı kəskin artıb. Belə ki, 175 nəfər koronavirusa yoluxub, 154-i müalicə olunaraq sağalıb və evə buraxılıb. 3 nəfər isə bu virusdan dünyasını dəyişib. Yoluxanların sayı artma dinamikası ilə davam edərsə yenidən qapadılmağa gedilə bilərmi?
Deputat Fazil Mustafa bildirib ki, 175 o qədər də çox artım deyil:
“Yumşalmalara gedilən zaman yoluxmaların sayının artması gözlənilən idi. Bundan əlavə bu gün hələ də vəziyyətin ciddiliyini anlamayan və qoyulan qaydalara əməl etməyən insanlar var. Əgər yoluxanların sayı kəskin artarsa yenidən qapadılmağa doğru gedilə bilər. Amma inanmıram ki, yoluxanların sayı bu ərəfədə sürətlə arta. Təbii ki, bu məsələdə insanlarımızın məsuliyyətini dərk edib, qoyulan qaydalara əməl etməsi vacibdir. İnsanlarımız qaydalara əməl etməlidir ki, yenidən yoluxanların sayı artmasın. Çünki yoluxanların sayının artması yenidən qapadılmağa səbəb ola bilər. Təbii ki, bunu heç birimiz arzulamırıq”. /Sonxeber.az
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...
-
Azərbaycan Xalq Cümhuriyyəti milli ləyaqət və qürur tariximizdir
...
-
Səttar Möhbalıyev: “Əfv sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”
...