Cüdo Federasiyasının vitse-prezidenti idmançılarla görüşdü
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov gələn həftə Çex Respublikasının Praqa şəhərində start götürəcək Avropa çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.
Cüdo Federasiyasından verilən məlumata görə, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər.
Onlar son iki həftədə cüdoçularımızın Budapeştdə təşkil edilən "Böyük Dəbilqə" yarışında və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri qitə çempionstında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb.
O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb. Qeyd edək ki, cüdo üzrə qitə çempionatı noyabrın 19-dan 21-dək Praqa şəhərində keçiriləcək. Olimpiada ilində son Avropa çempionatında qitənin güclü cüdoçuları mübarizə aparacaqlar. Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (9 kişi, 5 qadın) təmsil edəcək.
-
Avropa Kuboku: Millimiz Ermənistana böyük hesabla qalib gəlib
...
-
Millimiz Albaniyaya məğlub oldu
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçirildi - Fotolar
...
-
Millimiz 1/4 finalda dayandı
...
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümünün gündəliyi müzakirə olunub
...
-
Millimiz 1/4 finalda!
...
-
İkinci liqaya vəsiqə qazanan komanda müəyyənləşdi
...
-
“Neftçi”dən ayrıldı, Basketbol Federasiyasında vitse-prezident oldu
...
-
Millimiz qrup lideri oldu
...
-
AFFA Barış Şimşəklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
...