Videosu yayılan yol polisi danışdı - "O videonu yayanın ölüsünü..."
Son günlər sosial şəbəkədə videosu yayılan DYP əməkdaşı Elvin Mövlamov (artıq işdən çıxarılıb-red.) ölkə.az-ın suallarını cavablandırıb
Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov bir sürücünün ona yalvarmasını və ağlamasını əks etdirən görüntüləri çəkərək sosial şəbəkədə yaymaqda ittiham edilir.
- Elvin bəy, həmin sürücü sizə niyə yalvarırdı? Cəriməsi var idi?
- Onun heç bir cəriməsi, problemi yox idi. Kasıblığını nəzərə alıb buraxmışam.
- Sürücü sizə tabe olmurdu?
- Tabe olmurdu, sonra yazığımız gəldi buraxdıq.
- Video sosial şəbəkəyə necə buraxılıb?
- O videonu hansı mərdiməzar, balası ölmüş qoyub, bilmirəm. Allahın köməyi ilə o adam üzə çıxar. Mən də onun ölüsünü bu yolda qoyacağam.
- Videonu özünüz çəkib kiməsə göndərmişdiniz?
- Elə şey olmayıb.
- Orada iki nəfərsiniz. Deməli, özünüz çəkmisiniz də.
- Allah qoysa, hər şey ortaya çıxacaq. Bir az işim var, danışarıq.
- İşdən çıxarılmağınızla bağlı yayılan xəbər doğrudur?
- (telefonu bağlayır)
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...