Cüdoçumuzdan qızıl medal
Azərbaycan cüdoçusu Davud Məmmədsoy İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" beynəlxalq turnirində qızıl medal qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Məmmədsoy Almaniya, Hindistan, Qazaxıstan və Rusiya təmsilçilərini məğlub edərək finalda gürcüstanlı Temuri Nozadze ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz Tel-Əvivdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenziyə (Böyük Britaniya) uduzub.
66 kq-da yarışan Avropa çempionu Orxan Səfərov 1/8 finalda Amit Boboviçlə (İsrail) bacarmayıb, Nicat Şıxəlizadə isə Petr Jukov (Rumıniya) və Artur Teni (Qırğızıstan) məğlub etsə də, 1/4 finalda Mattia Mikelinin (İtaliya) müqavimətini qıra bilməyib. O, təsəlliverici görüşdə Muxriddin Tilovova (Özbəkistan) uduzaraq 7-ci yeri tutub.
Qadınların yarışında Leyla Əliyeva 1/6 finalda Şira Rişoni (İsrail) ilə dueldən məğlub ayrılıb. Eyni çəkidəki Aişə Qurbanlı onun həmyerlisi Tamar Malkaya qalib gəlsə də, 1/8 finalda Şirine Buoukliyə (Fransa) uduzub.
57 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva da ilk görüşdə Eleudis Valentimə (Braziliya) qalib gəlib, 1/8 finalda isə Astride Gnetoya (Fransa) məğlub olub.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 20-də yekun vurulacaq. Azərbaycan millisi yarışda 15 cüdoçu ilə təmsil olunur.
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...