İntihar edən yazarın xanımı: Məndən heç nə soruşmayın
Tanınmış gənc yazar, ədəbiyyat cameəsində Mövlud Mövlud imzası ilə tanınan Mövlud Abdullayev bu gecə intihar edib.
Oxu.Az xəbər verir ki, yazarın həyat yoldaşı, jurnalist Sevinc Fədai Modern.az-a açıqlamasında sarsıntı içərisində “məndən heç nə soruşmayın. Heç nə deyə bilmirəm” söyləyib.
Mövlud Mövlud intihar edərkən həyat yoldaşı evdə olmayıb, bu barədə Ölkə.Az-a onun həyat yoldaşı Sevinc Fədai məlumat verib.
Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.
M.Abdullayev hadisə yerində dünyasını dəyişib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Mövlud Abdullayev və Sevinc Fədai cütlüyünün bir azyaşlı uşağı var.
E.Ə.
-
Agentlik sədri iki qudasına yüksək vəzifə verib
...
-
Sabah 39° isti olacaq
...
-
Sabahın havası - 40° isti
...
-
Qurban bayramının namazı bu saatlarda qılınacaq
...
-
Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Əliyev Xırdalan Şəhidlər Xiyabanında dəfn edildi
...
-
Azərbaycan etibarlı tranzit ölkədir
...
-
Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir
...
-
İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır
...
-
Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır
...
-
Tarixi zəmin, zamanın tələbi
...