Konfrans Liqası: "Qarabağ" səfərdə İsrail klubu ilə qarşılaşacaq
Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Aşdod"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı serbiyalı hakim Novak Simoviç idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb.
Ağdam təmsilçisinin heyətində zədəli müdafiəçilər - Bədavi Hüseynovla Elvin Cəfərquliyev səfərə aparılmayıb. Kapitan Maksim Medvedev isə ilk görüşdə qırmızı vərəqə aldığı üçün cəzalıdır. Müdafiçi buna baxmayaraq, komanda ilə birlikdə İsrailə yollanıb.
Meydan sahiblərində isə ilk matçı buraxan Məhəmməd Kanaan və Timoti Avani növbəti dəfə meydana çıxmayacaq.
29 iyul
UEFA Konfrans Liqası
21:00. "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Novak Simoviç (Serbiya)
Aşdod. "Aşdod" stadionu.
-
Daha bir cüdoçumuz dünya çempionu oldu
...
-
“Sumqayıt”ın futbolçularından maraqlı rəqs - Video
...
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...