Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri
Azərbaycan Respublikasının bayrağı rəsmi simvollardan
biridir. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə
bayraq həmin ildə müstəqilliyini elan etmiş Azərbaycan
Respublikası tərəfindən təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini
rəhbər tutaraq qərara alır: “Azərbaycan Respublikası Dövlət
bayrağının təsviri” təsdiq edilsin. Dövlət bayrağının təsviri
Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi,
həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il
2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə
tənzimlənir.
Belə ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni
bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir.
Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq
yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.
Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri
vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan
sağda yerləşən ulduza istiqamətlənmişdir. Dövlət Bayrağı,
ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə
uyğun gəlməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd
edilir.
Ramella İsmayılova
Saatlı rayon Bülbül adına UMM-nin direktoru
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...