Neftçalanın icra başçısı vətəndaşlarla görüş keçirdi
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Xol Qarabucaq kəndində vətəndaşların səyyar görüşü keçirilib. ⠀
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Xol Qarabucaq İƏD Nümayəndəsi çıxış edərək Xol Qarabucaq kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edən RİHB-nin 1-ci müavini, YAP-nın, Rayon Təhsil şöbəsinin və GİKM rəhbər şəxsləri ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri nəticəsində aparılan yenidən qurma işlərindən, Sərəncam və Fərmanları haqqında iştirakçıları məlumatlandırıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işləri haqqında məlumat verib.
Səyyar qəbulda əsasən əkin sahələrinin suvarılmasında yaranan çətinliklər, yol infrastrukturu və elektrik xətlərinin yenilənməsi ilə əlaqədar təkliflər səsləndirilib. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub,digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bildirilib ki, Neftçala RİHB-nın səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcək.
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...