Şənbə gününün havası açıqlandı
Azərbaycanda aprelin 2-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-19° isti, Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 24-29° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...