"Beşiktaş"ın Bakıya səfər proqramı açıqlanıb
"Sabah"la xeyriyyə matçında qarşılaşacaq Türkiyə "Beşiktaş"ının Bakıya səfər proqramı açıqlanıb.
İstanbul təmsilçisi Azərbaycan paytaxtına oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.
"Qara qartallar" "Hilton" hotelində məskunlaşacaqlar. Superliqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
-
Millimiz 1/4 finalda dayandı
...
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümünün gündəliyi müzakirə olunub
...
-
Millimiz 1/4 finalda!
...
-
İkinci liqaya vəsiqə qazanan komanda müəyyənləşdi
...
-
“Neftçi”dən ayrıldı, Basketbol Federasiyasında vitse-prezident oldu
...
-
Millimiz qrup lideri oldu
...
-
AFFA Barış Şimşəklə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib
...
-
Azərbaycan Basketbol Liqasında komanda sayı artırılacaq
...
-
Dünya Qadın Seriyası: Millimiz mübarizəni dayandırdı
...
-
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı - Fotolar
...