Atıcılıq üzrə “Dünya Kuboku 2023” açılış mərasimində tamaşaçıları qiymətli hədiyyələr gözləyir - Video
Azərbaycan Atıcılıq Federasiyası yarışlarının açılış mərasimində iştirakın hər kəs üçün sərbəst olduğunu elan edib.
Federasiyadan verilən məlumata görə, açılış mərasimindən sonra tamaşaçılara verilmiş nömrələrə əsasən xüsusilə gənclər üçün maraqlı olan skuter, telefon kimi hədiyyələr oynanılacaq.
“İdmanın bu növünə gənclərimizin marağını artırmaq üçün dünya kuboku oyunları ilə yanaşı, açılış mərasimində iştirak etmələrinin də faydalı olacağını düşünürük. Bayram gününə - mayın 9-a təsadüf edən açılış günü gənclərimizin Bakı Atıcılıq Mərkəzi, yarışlardan qabaq məşqlər edən yüzlərlə beynəlxalq idmançı ilə yaxından tanış olmalarına imkan yaradacaq”, – Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.
Emin Cəfərov azərbaycan tamaşaçılarının idmançılarımızı dəstəkləyərək, onların uğurlarına töhfə verəcəklərinə əminliyini etiraf edib.
Qeyd edək ki, güllə atıcılığı üzrə “Dünya Kuboku 2023” yarışlarının açılış mərasimi mayın 9-da, saat 10.30-da Bakı Atıcılıq Mərkəzində (Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 3D) başlayacaq.
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...
-
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
...
-
Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla start verilir
...
-
Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Millimizin Qəbələdə bütün rəqibləri bəlli oldu
...
-
Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb
...
-
Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər
...