İkinci divizionla bağlı yeniliklər açıqlandı
Futbol üzrə Azərbaycan 2-ci Liqasının başlanma tarixi müəyyənləşib.
Bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsi ilə məlumat yayıb.
PFL bayrağı altında keçiriləcək bu çempionat sentyabrın 4-də start götürəcək. İlk tur iki gün ərzində - sentyabrın 4-5-i tarixlərində keçiriləcək.
Məlumatda qeyd edilir ki, AFFA İcraiyyə Komitəsi tərəfindən 16.06.2023-cü il tarixində verilən qərara uyğun olaraq, I Divizion və II Divizionda (yeni adları ilə 1-ci və 2-ci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunduğundan bütün prosedurlardan sonra iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda 2 dövrə, 22 tur mübarizə aparacaqlar.
2-ci Liqada futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçiriləcək. Yay transfer dövrü 15.07.2023 – 30.09.2023, saat 23:59; qış transfer dövrü 25.02.2024 – 31.03.2024, saat 23:59 tarixlərini əhatə edəcək.
2-ci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan kuboku yarışlarında iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, yarıpeşəkar statuslu 2-ci Divizionda 12 komanda - “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” komandaları mübarizə aparacaqlar.
-
“Şamaxı” yenidən Premyer Liqada
...
-
Anar Quliyev federasiya prezidenti oldu - Fotolar
...
-
"Autsayder komandalara qarşı oynamaq çətin olur"
...
-
"Hakim meydandan məğlub ayrılmağımız üçün hər şey etdi"
...
-
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq
...
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...