Avarçəkənlər “Dədə Qorqud” parkında yenidən nümunəvi çıxışlar etdi - Fotolar+Video
İdman həvəskarlarının böyük marağını və çoxsaylı müraciətləri nəzərə alaraq, Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimini yenidən təşkil edib.
Təlim oktyabrın 7-si saat 16:00-dan 18:00-dək “Gənclik” metrosu yaxınlığında yerləşən Dədə Qorqud parkında keçirilib. Əraziyə giriş sərbəst olub.
Avarçəkənlərin nümunəvi çıxışları park ərazisində gəzintiyə çıxan sakinlər tərəfindən maraqla qarşılanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özlərini sınamaq imkanı yaradıb.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd əhali arasında avarçəkməyə olan marağın artırılması, insanlar arasında bu idman növünü daha da populyarlaşdırmaq, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...