Diana Dımçenko “Silver Skiff” turnirində ikinci oldu
Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko İtaliyanın Turin şəhərində təşkil olunan ənənəvi “Silver Skiff” beynəlxalq reqatasında mübarizə aparıb.
Sayca 32-ci dəfə təşkil edilən yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib.
Bir mərhələdən ibarət olan reqatada avarçəkənlər 11 kilometr məsafə qət ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığında çıxış edən Diana məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurmaqla finiş xəttinə ikinci çatıb və gümüş medala sahib olub.
Qeyd edək ki, 1992-ci ildən etibarən təşkil olunan “Silver Skiff” reqatası akademik avarçəkmə idman növünün ən nüfuzlu yarışlarından hesab edilir.
Xatırladaq ki, Diana Dımçenko ötənilki yarışda da gümüş medal qazanmışdı.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...