Çiskin, şaxta - Sabahın havası
Dekabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
-
Salyanda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda toplantı keçirilib
...
-
Sabaha 36° isti gözlənilir
...
-
Sabahın hava proqnozu açıqlandı - 35 dərəcəyədək isti olacaq
...
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...