İlham Əliyev Zelenski ilə görüşdü - Foto
Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
***
Görüşdə Volodimir Zelenski İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladı.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd etdi.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olundu.
Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...