Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
Azərbaycan Kaneo və Avarçəkmə Federasiyası Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təmizlik aksiyası təşkil edib.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəstək xarakterli aksiya keçirilib.
Azərbaycan Kanoe və Avarəkmə Federasiyasının idmançı-məşqçi heyəti, federasiya nümayəndələri, həmçinin Gənclər və İdman Nazirliyi, Mingəçevir şəhər İcra Hakimiyyəti, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri sözügedən təmizlik aksiyasında iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin, yaşıllığın, su ehtiyatlarının qorunmasında iştirak, bu yolla həm də cəmiyyəti ekologiyanı qorunmağa dəvət etməkdir.
Aksiya zamanı həm “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin ətrafı, həm də Kür çayında iməcilik keçirilib.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...