Uğurlu xarici siyasətin yeni təzahürü
Prezident İlham Əliyevin cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirib ki, Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilata - Qoşulmama Təşkilatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür. Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb.
Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Ətraflı müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminik ki, gələcək aylar ərzində nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.
Konqo Prezidenti qeyd edib ki, Azərbaycanla Konqo Respublikası arasında çox böyük potensial vardır və bu potensial inkişafa töhfə verə bilər. Konqonun çox böyük kənd təsərrüfatı potensialı mövcuddur və bu əkin sahələrinin cəmi 3 faizi istifadə edilir. Bu da o deməkdir ki, yerdə qalan sahələr istifadə üçün hazırdır. Konqoda bol su mənbələri mövcuddur, ilboyu günəşli hava kənd təsərrüfatının inkişafına imkan verir. Azərbaycanın kənd təsərrüfatında əldə etdiyi təcrübədən Konqoda istifadə etmək mümkündür və istehsal edilən məhsulun ixracı gəlirli sahəyə çevrilə bilər. Eyni zamanda Konqoda bərpaolunan enerji sahəsində də çox böyük potensial var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlanmaq olar.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidento Deni Sassu-Nqessonu noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirində iştirak etmək üçün dəvət edib. Prezident İlham Əliyev bildirilib ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək məqsədəmüvafiq ola bilər.
Əmrah Quliyev,
Cəlilabad Bələdiyyələrinin Əlaqələndirmə
Şurasının Sədri
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...