Azərbaycanda yeni radio fəaliyyətə başlayır
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan olunub.
Şuradan verilən məlumata görə, ilk olaraq müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.
İclasın sonunda müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - “Sağlam Media" MMC (radio redaksiyanın adı “Sağlam Radio”) qalib elan olunub və müsabiqə üzrə yekun qərar verilib.
Qəbul edilmiş qərara əsasən Bakı şəhərindəki “Bakı Teleqüllə Kompleksi”ndən 93.0 MHs, Ağstafa rayonu ərazisindəki “Poylu” RTYS-dan 105.7 MHs, Quba rayonu ərazisindəki “Dağlı” RTYS-dan 104.7 MHs, Şirvan şəhəri ərazisindəki “Şirvan” RTYS-dan 104.5 MHs radiotezlikləri “Sağlam Radio” kanalının yayımı üçün “Sağlam Media” MMC-nin istifadəsinə ayrılıb.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...