Şəhidlərimiz Abşeronda anıldı - Fotolar
Abşeron rayonunda müqəddəs Ramazan bayramında şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimasi Şuranın sədri və şəhid ailələri ilə birgə İkinci Fəxri Xiyabanda, o cümlədən Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında uyuyan qəhrəman oğullarımızın məzarlarını ziyarət edib, önlərinə tər çiçəklər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
Daha sonra şəhid ailələri və müharibə iştirakçıları ilə görüşən RİH başçısı onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, eyni zamanda Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və yerli özünüidarəetmə orqanlarının üvzləri tərəfindən rayonunun bütün kənd və qəsəbələrində I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarları ziyarət olunub, şəhid ailələrinə baş çəkilərək onların qayğıları ilə maraqlanılıb.
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...