Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir    

12:00 09-05-2024 | icon 340
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
 
 

Azərbaycan sözdə yox, əməlində sülhpərvər, tərəqqipərvər, fərqli dinlərə, təriqətlərə, millətlərə, fərqli siyasi baxışlara hörmətlə yanaşan ölkə olduğunu dəfələrlə sübut edib. Hər zaman, dünyanın müxtəlif məkanlarında fərqli tribunalardan çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev regionda sabitliyin, təhlükəsizliyin bərpa olunması üçün Azərbaycanın səylər göstərdiyini deyib və bütün bəşəriyyəti bu məsələyə diqqət göstərməyə çağırıb. Bunun ən bariz nümunəsi kimi, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda sülh naminə atdığı addımları göstərmək olar.

         Azərbaycan Prezidenti öz bəyanatında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb. Ötən ilin sentyabrında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik.

         Dövlətimizin başçısının yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Prezident İlham Əliyev Avropaya digər enerji körpüsünü də salır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Energetika sahəsində Azərbaycan ilə Slovakiya arasında əməkdaşlığın səmərəliliyi diqqəti cəlb edir. Azərbaycanın zəngin neft və qaz ehtiyatları, Slovakiya üçün əhəmiyyətli bir sahədir. Bu, enerji ticarəti, boru kəmərlərinin qurulması və enerji infrastrukturunun inkişafı kimi layihələrə imkan yaradır.

         Hərbi sənaye sahəsində də qarşılıqlı şəkildə iştirak etmək mümkündür. Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq.

Gülnar Əmrahova,

Cəlilabad rayon Komanlı bələdiyyəsinin sədri

 

 

 

 


Digər xəbərlər

0.24601197242737