Final seriyasının təqvimi açıqlandı

14:54 14-05-2024 | icon 638
Final seriyasının təqvimi açıqlandı

Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb.

Həlledici final seriyasında iştirak edəcək son çempion “Sabah” və debütant “Xəzri” klubları arasında baş tutacaq oyunların tarixi dəqiqləşib.

Belə ki, “Sərhədçi” İdman Mərkəzində keçiriləcək final seriyasının açılış oyunu, mayın 16-sı saat 19:30-da start götürəcək.

Super seriyanın ikinci oyunu mayın 19-u, üçüncü oyunu isə mayın 22-si oynanılacaq.

Final seriyasında qarşılıqlı qələbələr olarsa, o zaman seriyanın 4 və 5-ci oyunları müvafiq olaraq 24 və 28 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, bütün oyunlar saat 19:30-da başlayacaq. Final seriyasında ən tez üç qələbə qazanmış komanda isə çempion olacaq.


Digər xəbərlər

0.516361951828