Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

10:17 18-05-2024 | icon 1050
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

Azərbaycan Respublikası Atçılıq Federasiyasının ilk dəfə təşkil etdiyi Peşəkar Çövkən Liqasına start verilir.

Milli atlarımızın iştirakı ilə 10 peşakar Çövkən komandası mövsüm ərzində çempionluq uğrunda mübarizə aparacaq.Açılış mərasimi Binə Atçılıq Mərkəzində 21 may 2024-cu il tarixində saat 14:00-da başlanacaq. 

Giriş sərbəstdir!

Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şousudur.

Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı oyun gözləyir.

Peşəkar Çövkən Liqasında iştirak edən komandalara dəstək olaq.

 

Digər xəbərlər

0.41792798042297