Boşanma zamanı ipotekada olan mənzil necə bölünür?
Azərbaycanda son illərdə boşanan ailələrin sayı artmaqda davam edir. Boşanmalar zamanı ən çox mübahisəyə səbəb olan və məhkəmə salonlarına daşınan mövzular uşaqların və əmlakın bölüşdürülməsidir. Bu dəfə isə problemli əmlakın bölünməsi müzakirəyə səbəb olub.
Vətəndaşlardan biri sosial şəbəkədə fəaliyyət göstərən “Hüquqşünaslar” qrupuna müraciət edərək ipotekada olan mənzilin boşanma zamanı necə bölüşdürülməsi, boşanmadan sonrakı müddətdə banka olan kredit borcunu kimin ödəyəcəyini soruşub: “Birgə nikah dövründə ipoteka ilə alınan ev boşanmadan sonra məhkəmə qaydasında necə həll olunur? Çünki 3 ildir kredit ödənib, hələ 16 il qalır”.
Hüquqçular bu məsələnin bir neçə variantda həlli olduğunu bildiriblər.
Əmlak nikah dövründə alınıbsa, ərlə arvadın ümumi birgə mülkiyyətidir. Bu vaxta qədər ödənilən məbləğ də birgə təsərrüfatdan sayılır. Boşanma zaman ən asan çıxış yolu budur ki, məsələn ər bugünə kimi ödənilən pulun yarısını arvada ödəyir və ev kişiyə qalır. Təbii ki, kreditin qalan hissəsini də ər ödəyir. Yaxud da əksinə olur. Bu ərlə arvadın öz arasında razılığa gəldiyi variantdır. Əgər tərəflər razılığa gələ bilməsə, çıxış yolunu məhkəmə müəyyən edir. Təcrübədən bəllidir ki, çox vaxt məhkəmə kreditin boşanmadan sonra da hər iki şəxs tərəfindən yarıbayarı ödənilməsinə qərar verir. Əmlak bankda yüklü edildiyi üçün isə kredit tam ödənilməyincə bölünməsi mümkün deyil.
Bəs ailənin uşağı da varsa, o zaman şərtlər dəyişirmi?
Boşanmadan sonra uşaq ana ilə qalırsa, o məhkəmədən tələb edə bilər ki, uşağın atası kredit üzrə aylıq məbləğin yarısını yox, 3-də iki hissəsini ödəsin. Həmçinin uşaq ata ilə qalarsa, o da oxşar tələb ilə çıxış edə bilər.
-
Səttar Möhbalıyev: ”Xocalıları Müstəqillik Günü öz evlərində görmək xalqımıza ən böyük bayram hədiyyəsi oldu”
...
-
Sabah 35° isti olacaq
...
-
Azərbaycanda Müstəqillik Günüdür
...
-
“Batya Vasmoyski” ilə bağlı “Çinar Trans” MMC-dən AÇIQLAMA
...
-
Leyla Əliyeva Berlin zooparkında - Fotolar
...
-
Müstqil dövlətimiz qürur mənbəyimizdir
...
-
Müstəqilliyimizın sədaları dünya meridianlarında
...
-
Müstəqilliyimiz şərəfimizdir, əbədi və sarsılmazdır
...
-
Ulu Öndər Heydər Əliyev xalqımızın milli yaddaşını özünə qaytardı
...
-
Müsəlman Şərqində ilk demokratik respublika
...