Nazirlikdə struktur dəyişikliyi edildi
Energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə nazir Pərviz Şahbazov qurumun yeni strukturunu təsdiq edib.
Aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradılıb. Yeni yaradılmış struktur vahidlərindən biri nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan neft-kimya şöbəsidir.
Bundan başqa, nazirlikdə iş prosesinin səmərəlilik və şəffaflığını təmin edəcək xidməti yoxlamalar və inzibati-təşkilati nəzarət sektorlarından ibarət daxili nəzarət şöbəsi, vətəndaşlarla fəal kommunikasiya məqsədilə Çağrı Mərkəzi, vətəndaşların qəbulu işinin təşkili sektorları formalaşdırılıb. Bununla yanaşı bir sıra şöbələr birləşdirilib və yenidən təşkil olunub. Yeni strukturda ştat vahidlərinin sayı olduğu kimi saxlanıb.
-
Anar Ələkbərov İstanbulda Əminə Ərdoğanla görüşdü
...
-
Prezident icra başçısını vəzifədən azad etdi
...
-
Prezident DTX-nin fəaliyyəti ilə bağlı Fərmanda dəyişiklik etdi
...
-
Prezidentin bugünkü tədbirdən - Fotoları
...
-
Prezident sərgilərin açılışında çıxış edib
...
-
Prezident qəbul keçirdi
...
-
Prezident icra başçısını işdən çıxardı
...
-
Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
...
-
İlham Əliyevlə birinci xanım Xocalıya köçən sakinlərlə görüşdü
...
-
Prezident Ağdamda dörd kəndin təməlini qoydu
...