Özünü qatarın altına atdı... - Bir həftədə metroda 2-ci intihar
Bakı metrosunda intihara cəhd olub. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə açıqlamasında bildirib ki, hadisə 09:18 radələrində "Qara Qarayev" metro stansiyasında qeydə alınıb.
Belə ki, "H.Aslanov" metrostansiyasından "Dərnəgülə"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda bir kişi özünü qatarın altına atmaq istəyib.
“Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır”, - deyə N.Paşayev vurğulayıb.
***
Reanimasiyaya yerləşdirilən 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu vəfat edib.
Qeyd edək ki, yanvarın 8-də Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu qatar “Ulduz” stansiyasına daxil olarkən özünü qatarın altına atıb.
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...
-
Rəşad Dağlının işinə bu hakim baxacaq
...
-
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barədə qərar verildi
...
-
DTX onu da saxlayıb
...
-
Saxlanılan 4 nəfər DTX-də dindirilir
...
-
Fazil Mustafaya qarşı silahlı hücumla bağlı 4 nəfər saxlanıldı - Rəsmi
...
-
Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu
...
-
Rəşad Dağlının cinayət işi məhkəməyə göndərilib
...
-
Fazil Mustafa güllələndi
...
-
Azərbaycanda terror aktı hazırlayan casuslar həbs edildi - Video
...