Türkiyə və İranda rominqdə olan “Nar”çılar “Full” paketlərdən yararlanacaq
13 fevral 2018-ci il tarixindən etibarən, xaricə səyahət edən “Nar” istifadəçiləri “Full” paketlərinin üstünlüklərindən daha çox faydalana biləcəklər.
Türkiyə və ya İranda rominqdə olan “Nar” istifadəçiləri 2 GB-dək internet bonusu qazanacaqlar. Mobil rabitə bazarında unikal bir təklif olan “Full” paketlərinin əsas özəlliyi istifadə edilməyən bonusların növbəti aya keçməsidir. Beləliklə, rominqdə olan “Full” istifadəçiləri də toplanan bonuslardan növbəti ayda istifadə etmək fürsəti qazanırlar. Bonuslardan “Full 29”, “Full 39” və ya “Full 49” paketlərindən birinə qoşulmuş abunəçilər faydalana bilərlər.
Xatırladaq ki, “Nar”ın “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təklif etməklə, eyni fürsətdən rominqdə olan abunəçilərin də yararlanmasını təmin etdi.
“Full” paketləri haqqında ətraflı məlumatı mobil operatorun internet səhifəsindən öyrənmək olar: https://www.nar.az/full
-
Azərbaycanda siqaret bir az da bahalaşdı
...
-
“Azeri Light”ın qiyməti 90 dolları ötdü
...
-
“Nar” şəhid övladları üçün “YAŞAT” düşərgəsinə dəstək oldu - Fotolar
...
-
“Nar” ana dilinin inkişafına töhfə verməyə davam edir - Fotolar
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir
...
-
Azərbaycan neftinin qiyməti 87 dollara çatır
...
-
“Nar” qəbul imtahanının bitməsi münasibətilə abituriyentləri təbrik edir
...
-
Taksilərin qiyməti bahalaşdı
...
-
Milli Mətbuat Günü münasibətilə intellektual yarış keçirildi - Fotolar
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...