“Dünyanın ən yaxşı yolları” açıqlandı - Azərbaycan da var
Azərbaycan yolların keyfiyyəti reytinqində 137 ölkə arasında 36-cı yeri tutur.
Ekspertlər dünyada ən yaxşı və pis yolları olan ölkələrin adlarını açıqlayıblar. Siyahı 2017-2018-ci illər üzrə qlobal rəqabətə davamlılıq indeksinə əsasən tərtib edilib.
Reytinq cədvəlində 137 ölkə yer alıb. Yolların keyfiyyəti 1-7 ballıq cədvəl üzrə qiymətləndirilib. Maraqlıdır ki, heç bir dövlət ən yüksək bal toplaya bilməyib. Dünyanın ən yaxşı yollarına malik olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 6,4 balla birinci yerdədir. İkinci yeri 6,3 balla Sinqapur tutur. Liderlərin üçlüyünü eyni bal toplayan İsveçrə tamamlayır.
Ən yüksək onluğa Honkonq (6,2 bal), Niderland (6,1 bal), Yaponiya (6,1 bal), Fransa (6 bal), Portuqaliya (6 bal), Avstriya (6 bal) və ABŞ (5,7 bal) daxildir. Müvafiq olaraq 36, 37 və 38-ci yerləri tutan Azərbaycan, Litva və Estoniyanın yolları keçmiş SSRİ ölkələri arasında ən yaxşı hesab edilir. Qonşu Gürcüstan və Ermənistan cədvəldə müvafiq olaraq 82 və 85-ci yerdədir.
Ən pis yollar isə Mavritaniyadadır. Ekspertlər bu ölkənin yollarını 2 balla qiymətləndirib, ümumi siyahıda isə sonuncu – 137-ci yerə layiq görüblər. Siyahıda digər pis yolları olan ölkə Konqo Demokratik Respublikasıdır (2,1 bal). Onun ardınca Haiti (2,1 bal), Madaqaskar və Qvineya (hər biri 2,2 bal) gəlir. Son onluqda Yəmən (2,3 bal), Paraqvay (2,4 bal), Ukrayna (2,4 bal), Moldova (2,5 bal) və Mozambik (2,5 bal) də yer alıb.
Ümumi reytinq cədvəlində Rusiya 114-cü yerdədir. Bununla belə, ekspertlər Rusiyada yolların keyfiyyətində müsbət dəyişikliklərin olduğu qənaətindədirlər.
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...