Tanınmış hüquqşünas faciəvi şəkildə öldü
Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bakıda yaşayan tanınmış hüquqşünas, əslən Lənkərandan olan 4 dekabr 1984-cü il təvəllüdlü Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar doğma rayonuna gedib. O, ailə üzvləri ilə birgə Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində yerləşən Lovain su anbarının ətrafında istirahət edərkən bacısının azyaşlı qızı suda boğumaq təhlükəsi yaşayıb.
F.Rəhimov suya atılaraq uşağı xilas etsə də, özü boğularaq ölüb. Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, F.Rəhimov bu il keçirilən vəkillik imtahanından uğurla keçibmiş. Vəkillər Kollegiyasının sədri Anar Bağırov gənc hüquqşünasın vəfatı ilə bağlı başsağlığı verib və ona vəkil vəsiqəsini təqdim edə bilmədiyinə görə məyusluğunu ifadə edib.
-
Azərbaycanda gənc müəllim qəzada öldü - Foto
...
-
Oğurladığı 23 min manatı əyləncəyə, brend geyimlərə xərclədi
...
-
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
...
-
Nömrəsiz avtomobildə narkotik daşıyan sürücü - Saxlanıldı + Foto
...
-
Gültəkin Hacıbəyli saxlanıldı
...
-
DTX Naxçıvanda həbslərə başladı - İnanılmaz rəqəmlər
...
-
Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident
...
-
Bakıda əməliyyat - 31 taksi sürücüsü tutuldu
...
-
Bakı aeroportunda tapançalı şəxs tutuldu
...
-
DTX Beyləqanda əməliyyat keçirdi - Vəzifəli şəxs saxlanıldı
...