Əliyev həmkarlarını təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti Alan Berseyə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
“Hörmətli cənab Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İsveçrə arasındakı dostluq əlaqələrinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Prezident İlham Əliyev həmçinin Benin prezidenti Patris Talona da təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Benin Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.
-
Prezident icra başçısını işdən çıxardı
...
-
Prezident Xocalıda evləri bir-bir gəzdi - Video
...
-
İlham Əliyevlə birinci xanım Xocalıya köçən sakinlərlə görüşdü
...
-
Prezident Ağdamda dörd kəndin təməlini qoydu
...
-
Prezidentlə xanımının “Crescent Mall”un açılışından - Fotoları
...
-
Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - Fotolar
...
-
Kəndlərlə bağlı məlumat Prezidentə belə məruzə edildi - Video
...
-
Milli Məclis İlham Əliyev və xanımını təbrik edib
...
-
İlham Əliyev “Euronews”a müsahibə verib - Fotolar
...
-
Əliyevin Rəhmonla təkbətək görüşü başladı
...