Bankomatlardan 100 minə yaxın pul oğurlayanlara hökm oxundu - Biri polis olub
Bakı Ağır Cinayətlər Məhkəməsində bankomatları yararaq pulu oğurlamaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Rüstəmov, dəstənin digər üzvləri Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarova hökm oxunub.
Hakim Əhməd Quliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R. Ağayev 10 il, X. Rüstəmov 9 il, O. Əhmədov 8 il, E. Zülfüqarov 5 il müddətinə azadlıqdan məhrum edilib.
X.Rüstəmov Beylaqan rayon Polis şöbəsinin əməkdaşı olub və hadisədən öncə Binəqədi rayonuna ezam edilib.
Qeyd edək ki, Orxan Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayıb. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb. Bəlli olub ki, Orxan Əhmədova bankomatları yarmaqda Rizvan Ağayev, Xəyal Rüstəmov və Beyləqan rayon sakini olan Elməddin Zülfüqarov kömək edib. Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlamaları da üzə çıxıb. Orxan Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda özlərinin əvvəlcədən seçdikləri və pulla dolu olan bankomatları hədəf seçiblər. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edib və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiririblər.
-
DTX İrana işləyən casus şəbəkəsini ifşa etdi - Video
...
-
Zakir Fərəcov həbs olundu
...
-
Rəşad Dağlının qətl törətməsinin səbəbi və hadisənin təfərrüatı məlum olub
...
-
Rəşad Dağlı hadisədən sonra evə qayıdıbmış - Atası danışdı+Video
...
-
“Keçmiş rəis oğlundan ayrılmağım üçün məni tutdurdu” - Bəraət alan qadın
...
-
“Qış parkı”nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar - “Camaatın anası-bacısı var”
...
-
Tuneldə dönmək istəyən “Prius” qəzaya səbəb oldu - Video
...
-
Vəkil Səbinəni belə aldadıbmış...
...
-
İki gəncin öldüyü qəzadan sonra maşından 40 min dollar oğurlanıb - Video
...
-
Lənkəran İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı
...