“Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldova çempionu “Şerif”ə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.
Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdı. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq”.
Qurbanov hesab edir ki, ötən ilki “Şerif”lə bu ilki arasında böyük fərq var:
“Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdi. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq”.
Təcrübəli mütəxəssis Tiraspoldakı qarşılaşmanı cəza üzündən buraxacaq hücumçu İnnosent Emeqaranın olmamasını komandası üçün itki sayır:
“Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin bir neçə problem var. Amma buna baxmayaraq, oyuna hazırlaşmışıq”.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...