Əflatun Amaşov yeni səfirlə görüşdü - Fotolar
Bu gün Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Zurab Pataradze ilə görüşüb.
Qurumdan verilən məlumata görə, Mətbuat Şurasından keçirilmiş görüşdə Ə.Amaşov qonağı salamlayaraq ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
Deputat dost və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. O, əməkdaşlıq üçün yeni imkan və şərtlərin mövcudluğunu bildirərək parlamentlərarası əlaqələrin bunu dəyərləndirmək baxımından vacib platforma olduğunu dilə gətirib, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Gürcüstana bir neçə ay öncə gerçəkləşmiş səfərinin faydalı tərəflərinə toxunub.
Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayan Ə.Amaşov əlavə edib ki, bütün beynəlxalq səviyyəli toplantılarda hər iki ölkənin bir-birinin maraqlarını müdafiə etməsi, bu xüsusdakı prinsipiallığı və ardıcıllığı son dərəcə vacib məqamdır.
Səfir Z.Pataradze də Azərbaycanın beynəlxalq miqyasda Gürcüstanı hər zaman dəstəkləməsini vacib məqam kimi vurğulayıb. Gürcüstan üçün Azərbaycanın ərazi bütövlüyü toxunulmazlığının mühüm əhəmiyyət daşıdığını qeyd edən səfir siyasi müstəvidəki tərəfdaşlığın iqtisadi münasibətlərin genişlənməsi üçün münbit zəmin yaratdığını diqqətə çatdırıb. O, ciddi potensiala malik hər iki ölkəni bu baxımdan böyük gələcəyin gözlədiyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində münasibətlərin genişləndirilməsi imkanları müzakirə olunub. Bildirilib ki, hər iki ölkənin turizm potensialı böyükdür. Turizm sektorunun dayanıqlılığı, rentabelliyi və yüksək rəqabətə davamlılığı üçün yerli kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet vəzifədir.
Görüşdə qarşılıqlı maraq doğuran bir çox digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...