Ülvi Quliyev: "Azərbaycan karate məktəbi böyük və uğurlu bir yol keçib"
"Bu gün Cumhuriyyətin 100 illiyinə həsr olunmuş bir tədbir keçirdirik və çox xoş bir təsadüfdür ki, karatenin keçmiş sovetlər birliyində yaranmasının 40 illiyi də bu günə təsadüf edir.
Buna görə də ilk öncə Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, idmançılarımız üçün belə gözəl şərait yaradılıb. Məhz cənab Prezidentin tapşırıqları və təşəbbüsü ilə müxtəlif idman kompleksləri , təlim- məşq bazaları yaradılıb. Bu gün bu tədbiri keçirtdiyimiz bu möhtəşəm kompleks də bunlardan biridir ki, artıq biz dünyanın hər yerindən qonaq dəvət edə və yüksək səviyyədə beynəlxalq yarışlar keçirdə bilirik."
Bunu Millət vəkili, Milli məclisin Gənclər və İdman Komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev 9-cu “Baku Open” beynəlxalq karate turnirinin açılış mərasimdən sonra saytımıza açıqlamasında deyib.
Ülvi Quliyev Azərbaycanda karate idman növünün uğurlarına və qarşıda duran hədəflərə də toxunub:
"Azərbaycan karate ailəsi, karate məktəbi böyük və uğurlu bir yol keçib. Uğurlu nəticələrimiz, Dünya və avropa çempionlarımız, Rafael Ağayev kimi dünya ulduzumuz var. Bu günə kimi çox böyük nəticələr əldə etmişik. Gənc idmançılarımız Firdovsi Cəbrayılov, Ayxan Mamayev, xanım karateçilərimiz Fəridə Abıyeva, İlhamə Qasımova və digərləri böyük perespektiv vəd edirlər. Bildiyiniz kimi karate idman növü ilk dəfə olaraq Tokiada keçiriləcək Yay Olimpiya Oyunlarının proqqramına daxil edilib. Arzu edirik və əminik ki, idmançılarımız orada da bizi yüksək əyarlı medallarla sevindirəcəklər."
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...